Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 13 sentyabr saat 19:00-da Xalq artisti, dünyaşöhrətli bəstəkar Arif Məlikovun xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə baş tutacaq konsert proqramında filarmoniyanın solistləri bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər unudulmaz mahnılarını ifa edəcəklər.
Həmçinin gecədə tanınmış pianoçu Ülviyyə Kazımova Arif Məlikovun əsərlərindən "Ötən anlar" silsiləsi və 3 valsla çıxış edəcək.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından və iticket.az saytından əldə etmək mümkündür.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasında Mobil Əhmədova həsr olunmuş konsert keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” mahnısının bəstəkarının hüquqları bərpa edilib, erməni ifaçının videoları platformalardan silinib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












