Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək
sizinxeber.az xəbər saytı

Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsinin açılışı olub.

Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən məlumata görə, layihənin ilk günü baş tutan konfransı giriş sözü ilə açan filologiya elmləri doktoru, akademik, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov layihənin keçirilməsini yüksək qiymətləndirib.

Konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri”, filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzuları ilə çıxış ediblər.

Həmçinin layihənin ilk günü libretto müəllifi Şahin Musaoğlu, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus "5 QAPI" tamaşası Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ilk dəfə təqdim olunub.

Qeyd edək ki, layihə sentyabrın 15-dək müxtəlif proqramlarla davam edəcək.

Oxşar xəbərlər

Gəncədə "Nizami günləri"nin açılışı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə "Nizami Günləri" layihəsinin açılış mərasimi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər