Nazirlik: Aktyor Allahverdi Yolçuyevin əlavə sosial təminatdan yararlanması üçün imkanlar nəzərdən keçirilir
Aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.
Bildirilib ki, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub:
"Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib. Həmçinin mövcud qanunvericilik çərçivəsində onun əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".
Nazirliyinin cavabında həmçinin vurğulanıb ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, bir neçə gün öncə sosial mediada aktyor Allahverdi Yolçuyevin küçədə corab satması ilə bağlı material yayımlanıb.
Oxşar xəbərlər
YUĞ Teatrı üçün paytaxtın mərkəzində uyğun binalar nəzərdən keçirilir - RƏSMİ
"Dərmanlarımı almaq üçün corab satıram" - Allahverdi Yolçuyev
Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır
Aktyor Möylə Mirzəliyev vəfat edib
Azər Baxşəliyev VƏFAT ETDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
