YUĞ Teatrı üçün paytaxtın mərkəzində uyğun binalar nəzərdən keçirilir - RƏSMİ
Paytaxtın mərkəzi hissəsində YUĞ Teatrının istifadəsinə uyğun binalar nəzərdən keçirilir.
Bunu “Sizinxeber.az”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, ölkənin əhəmiyyətli mədəniyyət ocaqlarından olan Azərbaycan Dövlət YUĞ Teatrının daimi bina ilə təminatı Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:
“Hesab edirik ki, özünəməxsus yaradıcılıq estetikası olan bu teatr üçün bina seçimində onun daşıdığı sənət meyarları nəzərə alınmalıdır. Yəni məkan həm estetik, həm də funksional baxımdan uyğun olmalıdır”.
Məlumatda YUĞ Teatrının tamaşalarını rahat və keyfiyyətli şəkildə təqdim etməsinin zəruriliyi vurğulanıb:
“Bütün bu amillər əsas götürülməklə paytaxtın mərkəzi hissəsində teatrın istifadəsinə uyğun binalar nəzərdən keçirilir. Bu istiqamətdə fəaliyyət davam etdirilir və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, bir müddət öncə YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası bina probleminə görə aktyor Elşən Əsgərovun istəyi ilə yarımçıq dayandırılıb.
Aktyor teatra qarşı laqeyd münasibəti əsas gətirərək tərəf müqabili aktrisa Ləman Mərrihdən, tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdən və tamaşaçılardan üzr istəyərək tamaşanı davam etdirmək istəmədiyini açıqlayaraq səhnəni tərk edib.
Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının binası 2016-cı ildə sökülüb. Teatr həmin vaxtdan indiyədək fəaliyyətini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında davam etdirir.
Oxşar xəbərlər
Adil Kərimli: Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək
Adil Kərimli: Yuğ Teatrına bina axtarışı istiqamətində işlər aparılır
Mehriban Əliyeva və ailə üzvləri Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar - FOTO
Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
