Almaniya XİN başçısı HAMAS-ı terrorçu adlandırıb, Qəzzadakı israilli girovların azad olunmasını istəyib
Ötən il 1 il ərzində dəfələrlə Qəzzadakı vəziyyətlə tanış olmuşam.
APA-nın xəbərinə görə, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O deyib ki, harada baş verməsindən asılı olmayaraq hər uşağın üzləşdiyi faciə və onların taleyi onlar üçün önəmlidir:
“HAMAS terrorçularının Qəzzadakı günahsız insanlara qarşı törətdikləri, məktəbləri və xəstəxanaları atəşə tutması qəbuledilməzdir. Yaxın Şərqdəki vəziyyəti və iqlim dəyişikliyi problemini nəzərə alaraq deyə bilərəm ki, dünyada vəziyyət son dərəcə mürəkkəbdir. İlk növbədə, biz aralarında uşaqlar olmaqla Qəzzada girovluqda saxlanılan 100-dən çox günahsız şəxsin azad olunmasını istəyirik. Bu istiqamətdə indiyədək göstərilən səylərin nəticə verməməsindən təəssüflənirik".
Oxşar xəbərlər
Almaniya XİN rəhbəri: İqlim maliyyəsi ilə bağlı Aİ ilə Çin arasında danışıqlar aparılır, razılaşmaya az qalıb
Rəsmi Moskva HAMAS-a çağırış edib
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
Fransa, Almaniya və Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Almaniya XİN başçısı: Ukrayna məğlub olarsa, növbə Moldovanın olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













