WTO “yaşıl mallar”ın idxalını asanlaşdırır
Davamlı ticarətin asanlaşdırılması üçün yeni həllər və innovativ yanaşmalar tələb olunur.
"Report" xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (WCO) Tarif və Ticarət İşləri üzrə müvəqqəti diirektoru Gael Grubi (Gael Grooby) "Yaşıl Gömrükl: Davamlı ticarətin asanlaşdırılması, innovasiya və standartlarla inkişafı" adlı tədbirdə çıxış edib.
G. Grubi qeyri-qanuni ticarətin qarşısının alınması və tullantıların əvvəlcədən məlumatlandırılmış razılıq əsasında idarə edilməsi üzrə görülən işlərin vacibliyini vurğulayıb. O bildirib ki, mövcud metodların təkmilləşdirilməsi zəruridir, lakin bu kifayət etmir:
“Əgər biz eyni yanaşmaları təkrarlamağa davam etsək, həqiqi irəliləyiş əldə edə bilməyəcəyik. Yeni həllər və innovativ yanaşmalar tələb olunur. Həm təkmilləşməli, həm də yeniliklərə açıq olmalıyıq.”
G. Grubi əlavə edib ki, hazırda Ümumdünya Gömrük Təşkilatında harmonizə edilmiş sistemin təkmilləşdirilməsi üzrə işçi qrup fəaliyyət göstərir. Onun sözlərinə görə, fəaliyyət planının əsas məqsədlərindən biri ətraf mühit üçün vacib olan malların təsnifat sistemində sayının artırılmasıdır.
“Bu yanaşma hökumətlərə “yaşıl mallar”ın idxalını asanlaşdırmaq və zərərli məhsulların ticarətini məhdudlaşdırmaq üçün imkan yaradır”, - o bildirib.
G. Grubi həmçinin dövri iqtisadiyyat prinsiplərinin ticarət sahəsində tətbiqinin gömrük sistemindəki mövcud çətinliklərin aradan qaldırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Oxşar xəbərlər
ÜGT rəsmisi: “Davamlı ticarətin asanlaşdırılması üçün yeni həllər tələb olunur”
ÜGT rəsmisi: "Yaşıl Gömrük Fəaliyyət Planı ətraf mühitlə bağlı birgə addımlar atmağa imkan verir"
Şahin Bağırov: "Azərbaycan davamlı ekosistemi dəstəkləmək üçün gömrük güzəştləri tətbiq edir"
Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
Naxçıvan Baş Gömrük İdarəsində altı ayın yekunları müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













