Filippe Metzger: "2030-cu ilədək dünyada bərpa olunan enerji istehsalı 10 dəfə artacaq"
2030-cu ilə qədər dünyada bərpa olunan enerji istehsalı 10 teravatı keçərək, hazırkı potensialı 10 dəfə üstələyəcək.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) Baş katibi və baş icraçı direktoru Filippe Metzger COP29 çərçivəsində keçirilən “Yaşıl rəqəmsal fəaliyyət” üzrə yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
IEC-in Baş katibi, enerji şəbəkələrinin müasirləşdirilməsi istiqamətində səylərin artırılmasını vacib sayır.
“2040-cı ilə qədər isə 80 milyon kilometr uzunluğunda enerji şəbəkələrində islahatlar aparılmalı və onlar müasirləşdirilməlidir. IEC standartlar yaratmaqla bərpa olunan enerji sistemlərini, kiçik şəbəkələri və qabaqcıl enerji saxlama texnologiyalarını inkişaf etdirməyə imkan verir. Bu prosesdə texnologiyaların özlərinin də dayanıqlı olması mühüm əhəmiyyət kəsb edir.
Biz dayanıqlı yanaşmaların tərəfdarıyıq. Rəqəmsal əlaqəli infrastruktur üçün standartlar və uyğunluq sistemləri, enerji səmərəliliyi, məlumat serverlərinin enerji idarəetməsi, ekoloji dizayn və elektrotexniki məhsullar bu yanaşmanın nümunəsidir,” - deyə F. Metzger qeyd edib.
Oxşar xəbərlər
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yüksək Səviyyəli Çempion: "Kommunal xidmətlərə investisiyalarla qlobal enerji keçidi güclənir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












