Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"
Enerji istehlakının azaldılması üçün data mərkəzləri optimallaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
O qeyd edib ki, rəqəmsal texnologiyalar 2030-cu il gündəliyinə, dayanıqlı inkişaf hədəflərinə çatmaqda böyük rol oynayır: "Texnologiyalar, süni intellekt iqlimə uyğunlaşmada böyük potensiala malikdirlər. Süni intellekt 4 %-ə qədər qlobal emissiyalara töhfə verə bilər. Bu, dünyada elektrik enerjisi istehlakına da böyük təsir göstərir. Bundan əlavə, biz daha müsbət nəticələr əldə etmək üçün ekologiya dostu olan xüsusi texnologiyalardan istifadə etməliyik. Bunun üçün təşəbbüsləri və fəaliyyəti birləşdirmək, planlar hazırlamaq lazımdır. Bütün bunlar dövlət qurumlarının səmərəli fəaliyyətinə də imkan yaradacaq. Tam rəqəmsal hökumət sisteminin yaradılması prosesi artıq başlayıb və buna dair hədəflər qoyulub".
Oxşar xəbərlər
Muxtar Babayev: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir
Nazir: İKT sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb
4SİM COP29-da süni intellektin enerji istehlakında tətbiqinin nəticələri, faydaları və uğurlarını göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
