sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mer: Yaponiya dekarbonizasiya təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
Yaponiya Azərbaycanla əməkdaşlığa və dekarbonizasiya təcrübəsini bölüşməyə hazırdır.
Bu barədə "Report"a açıqlamasında Yaponiyanın Saytama şəhərinin meri Şimizu Hayato məlumat verib.
“İqlim dəyişikliyinin təsirləri ilə mübarizədə şəhər idarəetməsi eyni dərəcədə vacibdir. Bu məsələdə Azərbaycan şəhərləri ilə əməkdaşlıq etməkdən çox şad olardıq”, - o vurğulayıb.
Ş.Hayato Bakıda keçirilən COP29 konfransının təşkilinin səviyyəsindən razı qaldığını və bu qlobal sammit çərçivəsində mühüm sazişlərin imzalanacağını gözlədiyini qeyd edib: “Bizim 2030-2050-ci illər üçün dekarbonizasiya sahəsində hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün razılaşmalara nail ola biləcəyimizi gözləyirik”.
Oxşar xəbərlər
Yaponiya İqlim Təşəbbüsü COP29 çərçivəsində dekarbonizasiya problemləri üzrə seminar keçirəcək
Niderland suyun idarə olunması təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
ABŞ səfiri: Azərbaycanla “yaşıl enerji” və dekarbonizasiya sahəsində əməkdaşlığa hazırıq
Siril Ramafosa: Cənubi Afrika dekarbonizasiya və “yaşıl keçid” prinsiplərinə sadiq qalır
Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











