Yaponiya İqlim Təşəbbüsü COP29 çərçivəsində dekarbonizasiya problemləri üzrə seminar keçirəcək
Yaponiya İqlim Təşəbbüsü (JCI) noyabrın 21-də Bakıda iqlim dəyişikliyi ilə mübarizə mövzusunda seminar təşkil edəcək.
"Report" bu barədə JCI-ın məlumatına istinadən xəbər verir.
COP29 zamanı Yaponiya pavilyonunda “1.5 ℃ məqsədinə aparan yol: Yaponiyanın qeyri-dövlət subyektləri dekarbonizasiya üzrə öhdəliklər götürür” mövzusunda seminar keçiriləcək.
“Bu seminarda JCI-ya üzv təşkilatlar, eləcə də iqlimlə bağlı fəaliyyət üzrə fəal işləyən qeyri-hökumət təşkilatlarının koalisiyası Yaponiyada və dünyada iqlim dəyişikliyi istiqamətində göstərdikləri səyləri, eləcə də gələcəyə baxışları barədə çıxış edəcəklər”, - məlumatda bildirilib.
Bundan əlavə, seminar iştirakçıları Yaponiyanın qeyri-hökumət təşkilatlarının biomüxtəlifliyin qorunması və qlobal dekarbonizasiyaya töhfə vermək üçün görməli olduqları tədbirləri müzakirə edəcəklər.
Seminarda, həmçinin “Hitachi”, NYK LINE, “Rating and Investment Information Inc.”, “Asahi Group Holdings Ltd” və digər Yapon şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Oxşar xəbərlər
Bakıda regional iqlim seminarı keçirilir
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir
Maliyyə menecerləri üçün seminar keçirilib
Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminar başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
