Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək
Bakıda noyabrın 17-də COP konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan 15-ci Dünya İqlim Sammiti keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu forum enerji, nəqliyyat, tikinti, sənaye, maliyyə və təbiət sahələrində dekarbonizasiya səyləri üçün həlledici əhəmiyyət kəsb edən vacib sektorlarda ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır.
Hazırkı sammit 2030-cu ilə qədər enerji keçidi hədəflərinə nail olmaq, eləcə də 2050-ci ilə qədər sıfır emissiyalı və ətraf mühitə müsbət təsirli dünya yaratmaq üçün lazım olan siyasət, innovasiyalar və investisiyaların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib.
İrəliləyişi sürətləndirmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən maliyyə öhdəliklərini artırmaq çox vacibdir.
Sammitin 90-dan çox ölkədən 2000-dən çox iştirakçını, o cümlədən dövlət başçılarını, ən böyük şirkətlərin rəhbərlərini, ekspertləri və fəalları həm şəxsən, həm də onlayn formatda bir araya gətirəcəyi gözlənilir.
Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.
Oxşar xəbərlər
Andrey Boiç: Ümumdünya İqlim Sammiti və COP29-un ümumi məqsədləri olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı: "Azərbaycanın NDC məqsədlərinə nail olmaq potensialı var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Energy China” COP29 çərçivəsində paralel tədbir keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












