ABŞ səfiri: Azərbaycanla “yaşıl enerji” və dekarbonizasiya sahəsində əməkdaşlığa hazırıq
1995-ci ildən bəri Azərbaycan iqtisadiyyatına 18,7 milyard dollar sərmayə qoyan ABŞ-nin hazırda respublikada 200-dən çox şirkəti fəaliyyət göstərir.
“Report” ABŞ-nin Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu səfir Mark Libbi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.
Səfir qeyd edib ki, Azərbaycan və ABŞ arasında “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var.
“Mən COP29 iqlim konfransına ev sahibliyi edən tərəf kimi liderliyinə və “yaşıl enerji”yə keçidə sadiqliyinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. "Əsrin müqaviləsi"nin 30 illiyini qeyd edərkən, Azərbaycanın enerji tarixinin və ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığının növbəti fəslində əldə edəcəyimiz yeni birgə nailiyyətləri səbirsizliklə gözləyirəm”, - M.Libbi bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal enerji keçidi mərhələsində olduğu üçün hökumət emissiyaların azaldılması ilə bağlı ümidverici öhdəliklər götürüb və ekoloji təmiz enerji ixracında regional lider olmaq üçün cəsarətli proqrama malikdir”, - diplomat vurğulayıb.
Oxşar xəbərlər
Səfir: "Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













