BMW avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors” COP29-un nəqliyyat tərəfdaşı seçilib - FOTO
sizinxeber.az xəbər saytı

BMW avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors” COP29-un nəqliyyat tərəfdaşı seçilib - FOTO


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi edən ölkə Azərbaycan seçilmişdir.

Bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olan Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.

BMW Qrup avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors” COP29-un əsas nəqliyyat tərəfdaşı seçilib. Bu addım, BMW-nin yalnız lüks avtomobillər istehsal etməklə məhdudlaşmadığını, həm də daha təmiz və davamlı bir gələcəyin qurulmasına töhfə verdiyini göstərir. İllərdir ki, BMW AG elektrikli avtomobillər sahəsində texnologiyalara sərmayə yatırır və həm sükan arxasında zövq verən BMW i modellərini, həm də ətraf mühitə qayğı göstərən avtomobillər yaratmaq istiqamətində çalışır.

6 Noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev, BMW AG nümayəndələri olan Afrika və Şərqi Avropa üzrə satış direktoru Konrad Baumgartner, Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının üzrə baş menecer Viktor Eisenbraun və “Improtex Motors” şirkətinin direktoru Bayram Yaqubov ilə birgə keçirilən görüş zamanı konfransın səmərəli işini təmin etmək üçün istifadə olunacaq BMW elektrikli avtomobilləri rəsmi şəkildə təqdim olunub.

Təqdim edilən elektrikli avtomobilləri yüksək rütbəli qonaqların transferi, eləcə də iqlim sammiti çərçivəsində digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün xidmət göstərəcəkdir.

BMW elektrikli avtomobilləri COP29-un qonaqları üçün yüksək səviyyədə rahatlıq və təhlükəsizliyi təmin edəcəkdir.

COP29 konfransına elektrikli avtomobillərin təqdim edilməsi, BMW-nin davamlı inkişaf prinsiplərinə sadiq qalmasının və iqlim dəyişikliyi ilə mübarizədəki qlobal səylərdə fəal iştirakının bariz nümunəsidir. Ən son texnologiyalarla təchiz olunmuş BMW elektrik avtomobilləri, konfrans
iştirakçılarına şəhər daxilində ətraf mühitə zərər vermədən sərbəst hərəkət etməyə imkan verəcəkdir.

Oxşar xəbərlər

COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya XİN katibi: Bərpa olunan enerji ilə bağlı ölkələrə həll yolları təqdim etməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər