Hindistanın dini rəhbəri bütün dini icmaları birləşərək planeti qorumağa çağırıb
Hindistanın dini rəhbəri Svami Yotirmaya bütün dini icmaları birləşərək planeti qorumağa çağırıb.
"Report" xəbər verir ki, o, bu təklifi Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda səsləndirib.
Onun sözlərinə görə, dayanıqlı gələcək qurmaq naminə həll yollarının tapılması mümkündür:
"Gələcəkdə mədəniyyət və iqtisadiyyat cəhətdən çoxşaxəli əlaqələrin qurulması vacibdir. Ona görə də dini konfessiyaların birliyi də vacibdir. Bu zaman elmi dataların, informasiyaların mübadiləsi vacibdir".
S.Yotirmaya bildirib ki, qeyri-hökumət təşkilatlarının iqlim dəyişikliyi və onun fəsadları, ətraf mühitin qorunması ilə bağlı addımlarda aktivliyi önəmlidir:
"Təbiəti qorumaq individual öhdəliyimizdir. Hər kəs iqlimlə bağlı təşəbbüslərə sahib olmalıdır. Bütün dini icmalara müraciət edirəm: Gəlin birləşək, təbiətimizi, ətraf mühitimizi, planetimizi qoruyaq!"
Oxşar xəbərlər
Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər
BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb
Allahşükür Paşazadə Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib
BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir
Misirin Baş müftisi Dini Liderlərin Bakı sammitində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
