Allahşükür Paşazadə Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib.
“Sizinxeber.az”un məlumatına görə, bu təkliflə QMİ sədri COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxış edib.
O, COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən birinin Qlobal atəşkəs təşəbbüsü olduğunu və dünyanın xilası və gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstək olmalarına çağırış edib:
“Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaq”.
Oxşar xəbərlər
QMİ sədri BMT-nin COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
QMİ sədri COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
QMİ sədri: Mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə əməl olunması vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












