BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb
Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacibdir.
"Report" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş COP29 çərçivəsində bu gün Bakıda keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında baş tutan Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, ekstremal temperaturlar, yanğınlar, quraqlıq və genişmiqyaslı daşqınlar heç bir ölkəyə aman vermir.
BMT-nin Baş katibi ölkələrin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) hazırlamasına yönəlmiş tədbirlərin vacibliyini vurğulayıb: “Bütün ölkələrin dəyişən planetə uyğunlaşmasına, dayanıqlı və bərpa olunan gələcəyə keçidə dair resurslara malik olmasını təmin etmək üçün ədalət vacibdir”.
"Bura inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artırılması və təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrə kömək etmək üçün yaxşı maliyyələşdirilən İtki və Zərərə cavab verən fondun yaradılması daxildir", - o bildirib.
Oxşar xəbərlər
Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır
İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
BMT-nin Baş katibi COP29-dan gözləntilərini açıqlayıb
BMT yaxınlaşan qlobal fəlakət barədə xəbərdarlıq edib
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək