Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər
sizinxeber.az xəbər saytı

Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər


Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək, insanları hərəkətə gətirmək üçün mühüm rol oynaya bilər.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi bir zamanda dini liderlərin bir araya gəlməsi vacib nəticələr vəd edir:

"İqlim dəyişikliyi həm də əxlaqi, mənəvi durumdur. Bütün dinlərdə ekologiyanı qorumaq vacib məsələ kimi təlqin edilir.
İqlim dəyişikliyi ilə mübarizədə dinlərin istiqaməti ilə toplumun yönləndirilməsi bu sahədə bir ümid işığıdır. Din iqlim dəyişikliyi ilə mübarizədə güclü rol oynaya biləcək amildir. Birlikdə "yaşıl dünya" üçün çalışmağa davam etməliyik".

Oxşar xəbərlər

Şamil Ayrım: Azərbaycanın iqlim dəyişikliyi mövzusunda qlobal sammitə ev sahibliyi etməsi çox əhəmiyyətlidir
Moratinos: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilərlər
BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb
Məhəmməd Əbdülsalam: Müsəlman Ağsaqqalları Şurası Azərbaycanın iqlim təşəbbüslərini yüksək qiymətləndirir
BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle