Ramil İsgəndərli: COP29 ərəfəsində keçirilən bu tədbir yerli QHT-lərin yaşıl dünyaya töhfəsidir
Bakıda – Dənizkənarı Bulvarda keçirilən “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüşü QHT-lərin yaşıl dünyaya töhfəsidir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.
Onun sözlərinə görə, sözügedən tədbir QHT-lərin yaşıl hərəkata töhfəsidir:
“Bugünkü tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi, Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Burada inklüzivlik və ictimai iştirakçılıq baxımından əlilliyi olan şəxslərin təşkilatları, QHT-lər və velosipedçilər təmsil olunur. Aksiyada QHT üzvləri müəyyən marşurut üzrə yürüş edib, velosiped sürəcəklər”.
R.İsgəndərli tədbirin əsas məqsədinin Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar QHT-lərin də yaşıl dünyaya töhfə vermələri olduğunu bildirib.
Oxşar xəbərlər
“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib - FOTO
QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
ASK-nın Baş katibi: Özəl sektor "COP29-da Yaşıl Bölgə" mövzusunda əsas oyunçulardandır
“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
