Macarıstan qaz üçün əlindən gələni edəcək - Magyar
sizinxeber.az xəbər saytı

Macarıstan qaz üçün əlindən gələni edəcək - Magyar


Macarıstan istər qaz, istərsə də neft olsun, mümkün qədər daha çox müxtəlif mənbədən əldə olunmasını təmin etmək üçün əlindən gələni edəcək.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Macarıstanın yeni Baş naziri Peter Magyar Berlində Almaniya kansleri Fridrix Merz ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

O, Merzlə görüşdə enerji mənbələri və enerji müstəqilliyi haqqında da müzakirələr apardıqlarını vurğulayaraq, ölkəsinin bu addımını ilk növbədə enerji və təchizat təhlükəsizliyi və qiymət baxımından əsaslandırıb:

“Çünki bir neçə mənbəni nəzərə alsaq, təbii ki, bu enerji daşıyıcılarını daha ucuz və daha aşağı qiymətə əldə edə bilərik”.


Oxşar xəbərlər

Siyarto: Macarıstan və Serbiya üç il ərzində yeni neft kəmərinin tikintisi ilə bağlı razılığa gəlib
Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
Merz: AES-lərin yenidən işə salınması enerji problemini həll etməyəcək
Macarıstan XİN: Rusiya ilə enerji məsələlərini müzakirə edilib
Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər