Belarus Əmtəə Birjası Azərbaycan pambığını almaq niyyətindədir
Belarus Universal Əmtəə Birjası (BUƏB) Azərbaycan istehsalı olan pambıq lifinin alınmasına maraq göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bunu BUƏB-nin xarici iqtisadi fəaliyyət idarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən "Bizneslə açıq dialoq" seminarında çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2024-cü ildən 2026-cı ilin aprelinədək olan dövrdə Azərbaycan məhsulları üzrə sövdələşmələrin ümumi həcmi 1,6 milyon ABŞ dollarına çatıb:
"Tərəvəz, meyvə, quru meyvə və qoz-fındıqdan əlavə, biz Azərbaycandan pambıq lifi tədarükündə son dərəcə maraqlıyıq. Dünən bir sıra yerli istehsalçılarla tanış olmaq imkanımız olub. Əminik ki, Azərbaycan şirkətləri digər tədarükçülərə, ilk növbədə Mərkəzi Asiya tədarükçülərinə ciddi rəqabət təşkil edə bilər. Çünki Azərbaycan bazarında kifayət qədər güclü istehsalçılar mövcuddur. Əgər azərbaycanlı pambıq ipliyi istehsalçıları akkreditasiyadan keçib bizim ticarət platformamıza çıxsalar, onlar Belarus bazarında yüz faiz alıcı tapa biləcəklər".
Oxşar xəbərlər
BUƏB Azərbaycan biznesinin ticarətdə iştirakını genişləndirmək istəyir
Belarus ət məhsulları ilk dəfə əmtəə birjası vasitəsilə Azərbaycana satılıb
AZPROMO: Azərbaycandan Belarusa ixracın artırılmasına ehtiyac var
Azərbaycan pambıq ipliyi istehsalını 63 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
