Belarus Azərbaycanı İrandan metal məhsullarının tranziti üçün tərəfdaş kimi nəzərdən keçirir
Belarus Universal Əmtəə Birjası İrandan metal məhsullarının tranzitinin təşkili üçün Azərbaycanı tərəfdaş kimi nəzərdən keçirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Birjanın Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən "Bizneslə açıq dialoq" mövzusunda seminarda çıxışı zamanı deyib.
"Hazırda ticarət fəaliyyətimizin əsas istiqamətləri taxta-şalban və metal məhsullarıdır. Qeyd etmək lazımdır ki, metalı xaricdən alırıq. Metal məhsullarının, o cümlədən İran metalının tədarükündə maraqlıyıq. Azərbaycanın İranla möhkəm əlaqələrini nəzərə alaraq, sizin ölkəni İran metalının Belarus bazarına tranzitinin təmin edilməsi üçün perspektivli tərəfdaş hesab edirik", - Y.Kovalçuk bildirib.
Onun sözlərinə görə, Belarusda hazır məhsul istehsalı yaxşı inkişaf etsə də, xammal bazası yoxdur - nə qara, nə də əlvan metallar var: "Hazırda satınalmaların əsas həcmi Rusiyanın payına düşür, lakin biz strateji olaraq tədarükçülərin dairəsini genişləndirmək niyyətindəyik".
Oxşar xəbərlər
BUƏB Azərbaycan biznesinin ticarətdə iştirakını genişləndirmək istəyir
Belarus Əmtəə Birjası Azərbaycan pambığını almaq niyyətindədir
Belarus Azərbaycanı İrana, Küveytə və BƏƏ-yə ixrac üçün logistika mərkəzi kimi nəzərdən keçirir
Belarus ət məhsulları ilk dəfə əmtəə birjası vasitəsilə Azərbaycana satılıb
ASCO ötən il 1,5 min tona yaxın metalı təkrar emala göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
