Doğma çay hər kəsi “Məktəbə qayıdış” festivalına dəvət edir
sizinxeber.az xəbər saytı

Doğma çay hər kəsi “Məktəbə qayıdış” festivalına dəvət edir


Yeni tədris ilinin başlamasına sayılı günlər qala “Azerçay” məktəblilər üçün maraqlı, bol əyləncəli festival təşkil edir.

Sentyabrın 12, 13 və 14-ü saat 16:00-dan etibarən Gənclik parkda uşaqlar üçün müxtəlif oyunlar və yarışmalar keçiriləcək. Kloun, cizgi film personajları əyləncə proqramını daha da rəngarəng edəcək. Eyni zamanda xınacı və üz boyamaq üçün rəssamlar da festivalda iştirak edəcək. Tədbirə gələn hər kəs “Azerçay”ın dadına baxacaq. Uşaqların ən çox sevdiyi popkorn və pambıq isə onlar üçün limitsiz olacaq. Sonda isə uşaqlara müxtəlif hədiyyələr veriləcək.
Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır.

Oxşar xəbərlər

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
Şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsi başa çatıb - FOTO
XI Qlobal Bakı Forumu başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər