UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
UNEC-də abituriyentlər üçün “Açıq qapı” günləri keçirilib.
Universitetdən APA-ya verilən xəbərə görə, UNEC-in əsas tədris binasında (5-7 avqust) və 3 saylı tədris binasında (12-14 avqust) keçirilən “Açıq qapı” günlərində müxtəlif ixtisas qrupları üzrə 800-ə yaxın abituriyent iştirak edib. Onlardan 300 nəfərdən çoxu 600 və daha yüksək bal toplayan abituriyentlər olub.
“Açıq qapı” günlərində abituriyentlərə UNEC-in təhsil imkanları, ixtisaslar, keçid balları, ikili diplom və mübadilə proqramları, tədris prosesi və onları maraqlandıran digər məqamlar barədə ətraflı məlumat verilib. Eyni zamanda abituriyentlərə ixtisas seçimi ilə bağlı dəstək göstərilib.
“Açıq qapı”da iştirak edənlər UNEC-in təhsil imkanlarını və burada tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, UNEC tələbəsi adını qazanmaq istədiklərini bildiriblər.
Oxşar xəbərlər
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
