Zəngilan və Cəbrayılda sakinlərlə növbəti görüşlər keçirilib
sizinxeber.az xəbər saytı

Zəngilan və Cəbrayılda sakinlərlə növbəti görüşlər keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı çərçivəsində sakinlərlə növbəti görüşlər keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Zəngilan rayonuna yeni köç etmiş sakinlərlə görüşlərdə onların peşə bacarıq və təcrübələri, eləcə də maraq dairələrinə uyğun fəaliyyət istiqamətləri müəyyən edilib, məşğulluq imkanları qiymətləndirilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.

Cəbrayılda isə 25 vətəndaş və bir işəgötürənin iştirakı ilə görüşlər keçirilib. Rayon mərkəzində, həmçinin Horovlu və Şükürbəyli kəndlərində baş tutmuş görüşlərdə vətəndaşların peşə bacarıqları qiymətləndirilib, onların məşğulluqlarının təminatı istiqamətində müvafiq işlər aparılıb.

Oxşar xəbərlər

Zəngilanda növbəti əmək yarmarkası keçirilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Yanvar-aprel aylarında 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Xankəndidə təşkil olunan tikişçilik kursunu bitirən şəxslərə peşə sertifikatları təqdim edilib
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər