Ararat Mirzoyan: Azərbaycanla münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlar davam edir
Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesində irəliləyiş məqsədilə aparılan danışıqlar davam edir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı deyib.
O bildirib ki, Ermənistanın mövcud mövqeyi dəyişməzdir:
"Biz sülh gündəliyinə sadiqik və bunu davam etdirəcəyik. Bu, sülh müqaviləsinə, nəqliyyat kommunikasiyalarının açılmasına və sərhədlərin delimitasiyasına aiddir.
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində artıq müəyyən razılaşmalar və addımlar atılıb. Eyni zamanda, Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası mövzusunda da bizim möhkəm niyyətimiz var və bu prosesi davam etdirməyə hazırıq".
Oxşar xəbərlər
Mirzoyan: Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır
İlham Əliyevin Paşinyanla müzakirə etdiyi məsələlər açıqlandı - Təlimat verilib
Azərbaycan və Ermənistan XİN-lərinə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi təlimatı verilib
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Mirzoyan Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə səylərini konstruktiv adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













