BMT Baş katibinin xüsusi elçisi Dəməşqdə Suriyanın təhlükəsizliyi və sabitliyini müzakirə edib
sizinxeber.az xəbər saytı

BMT Baş katibinin xüsusi elçisi Dəməşqdə Suriyanın təhlükəsizliyi və sabitliyini müzakirə edib


Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pedersen ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

“Tərəflər ölkənin təhlükəsizliyi və sabitliyinin qorunmasının vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.

Görüşdə Suriyada keçid dövründə ədalət sistemi məsələləri, həmçinin Suriya hökuməti ilə BMT arasında müxtəlif məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.

Pedersen Suriyada iqtidar dəyişikliyindən sonra Dəməşqə bir neçə dəfə səfər edib.

Oxşar xəbərlər

BMT Baş katibinin xüsusi nümayəndəsi Suriyaya qarşı sanksiyalar məsələsini mürəkkəb hesab edir
BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır
Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
BMT Suriyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər