Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub
Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.
"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunurdu. Lakin, Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə – Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", - o bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.
"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmurdu. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", - o vurğulayıb.
H.Hacıyev qeyd edib ki, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur.
"Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirdi və Ermənistana sülh əlini uzatdı", - o bildirib.
Oxşar xəbərlər
Prezidentin köməkçisi: Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu
Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
