Prezidentin köməkçisi: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ə müsahibəsində söyləyib.
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”, – o deyib.
Prezidentin köməkçisi qeyd edib ki, regionda yaranmış yeni reallıq legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdən ibarətdir:
“Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”.
Xatırladaq ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.
Oxşar xəbərlər
Prezidentin köməkçisi: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır” - VİDEO
Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb
Prezidentin köməkçisi: Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
