PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub
sizinxeber.az xəbər saytı

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub


Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib.

"Pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində Bolşaya İjorada Müdafiə Nazirliyinin obyektində baş vermiş yanğının fəsadlarının aradan qaldırılması davam edir. Hazırda mühafizə zonasından 600-dən çox insan təxliyə edilib, onlardan 325-i müvəqqəti yerləşdirmə məntəqələrindədir", - A.Drozdenko vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kronştadtda yerləşən Hərbi Dəniz Donanmasının bazasına zərbə endirdiyini bildirmişdi.

Oxşar xəbərlər

Krasnodar diyarında PUA zərbələrindən sonra neft bazası yanır
Rusiyada neft bazasında baş verən yanğının sahəsi 5 min kvadrat metrə çatır - YENİLƏNİB
Vilnüsdə yanğın səbəbindən binadan 70-dən çox insan təxliyə edilib
BƏƏ-yə PUA hücumu olub, neft obyektində yanğın baş verib
Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər