Dörd ölkənin XİN-ləri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına təbriklərini ünvanlayıb.
"Sizinxeber.az" xəbər verir ki, müvafiq təbriklər "X" sosial şəbəkəsində paylaşılıb.
Misir XİN Azərbaycanı səmimi qəlbdən təbrik edib, iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini ifadə edib.
"Misir Müstəqillik Günü münasibətilə dost Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərini bildirir və ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir", - bəyanatda deyilir.
Yunanıstan XİN də Azərbaycanı milli bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan!".
İordaniya XİN qeyd edib: "Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik".
Ukrayna XİN Azərbaycanı "etibarlı dost və strateji tərəfdaş" adlandırıb.
"Etibarlı dostumuz və strateji tərəfdaşımız Azərbaycana ölkənin Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi bildiririk! Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, həmçinin ölkəmizə göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizin və bütün sahələrdə əməkdaşlığımızın çox müsbət dinamikasının davam etməsinə ümid edirik", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Estoniya, Latviya və Polşa XİN-ləri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Pakistan, Albaniya, Litva və GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib
İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı təbrik edib
Fransa səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
İsrail ordusu həftənin əvvəlindən bəri Livanda 550 hədəfi vurduğunu açıqlayıb
