Kavelaşvili azərbaycanlılara: Gürcüstan bizim ümumi vətənimizdir
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qurban bayramı münasibətilə Tbilisidə yerləşən Cümə məscidinə gələrək ölkənin müsəlman icması ilə görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, M. Kavelaşvili Azərbaycana səfəri barədə çıxış edib.
"Azərbaycana səfərim zamanı Prezident İlham Əliyev də deputatlar qarşısında çıxışı zamanı xalqlarımız arasında olan böyük sevgidən danışıb", - o bildirib.
O qeyd edib ki, biz eyni regionda yaşayırıq və xalqlar arasında xüsusi dostluq münasibətləri mövcuddur:
"Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların necə yaşaması, təhsil alması və dövlət dilini hansı səviyyədə bilməsi ilə də maraqlanıb. Həqiqətən də bu çox vacib məsələdir. Gürcüstan vətəndaşı olan hər kəsin, milli mənsubiyyətindən asılı olmayaraq, dövlət dilini bilməsi zəruridir.
Bu gün burada gənclər də iştirak edir. Bir az əvvəl yaşlı nəslin nümayəndələrindən biri mənimlə gürcü dilində danışıb və bu məni çox sevindirib. Biz əsrlərdir bu ölkədə birlikdə yaşayırıq, bir yerdəyik və Gürcüstan bizim ümumi vətənimizdir. Buna görə də dövlət dilini bilməyimiz vacibdir. Bu, elə mühüm məsələdir ki, dövlət dilini bildikcə siz bu ölkəni daha yaxşı hiss edəcəksiniz, düşüncə imkanlarınız daha da zənginləşəcək və ölkəyə daha çox fayda vermək imkanınız olacaq. Gəlin, bu müqəddəs gündən başlayaraq bu istiqamətdə daha fəal olaq".
O, Prezident İlham Əliyevi böyük dost hesab etdiyini qabardıb: "Siz də bunu bilməlisiniz. Bu gün Gürcüstanda mövcud olan sabitlik və sülh, məhz bu dostluq münasibətlərinin nəticəsidir.
Bizim Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var. Ermənistan da artıq sülh yolu ilə əməkdaşlığa qoşulub. Sülh içində olan Cənubi Qafqaz ideyası məhz burada başlayıb.
Bu qədim Tbilisi məhəlləsində müxtəlif xalqların və dinlərin birgə yaşayışı nümunəvi xarakter daşıyır. Biz bunu görüşümüz zamanı da xüsusi olaraq qeyd etdik".
Oxşar xəbərlər
Kavelaşvili: Azərbaycanla Gürcüstanın dostluğu, strateji tərəfdaşlığı güclənir
Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib
Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
Gürcüstan Prezidentinə müsəlman icması tərəfindən simvolik hədiyyələr təqdim olunub
Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
