"AZCON Holdinq"in rəhbəri: "Əsas hədəflərdən biri qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdir"
"AZCON Holdinq"in başlıca hədəflərdən biri son nəticədə nəqliyyat, telekommunikasiya və rəqəmsal sahədə fəaliyyət göstərən qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdən ibarətdir.
Bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.
O əlavə edib ki, AZCON Holding nəqliyyat, telekommunikasiya və rəqəmsal infrastrukturu vahid ekosistem halında mərkəzləşdirən bir qurumdur: "Əsas məqsədimiz bu qurumların institusional inkişafını təmin etmək, onların əməliyyat effektivliyini və rəqabətqabiliyyətini artırmaqdır. Holdinqin qurulmasını zəruri edən bir sıra mühüm amillər mövcud idi. Birinci amil dövlət büdcəsi üzərindəki maliyyə yükünün həddindən artıq yüksək olması ilə əlaqədardır. Dövlət büdcəsindən Holdinqin nəzarətindəki qurumlara həm subsidiya, həm də investisiya xarakterli müxtəlif ödənişlər edilirdi və əsas məsələ bu ödənişlərin effektivliyinin yüksəldilməsindən ibarət idi. Burada başlıca məqsəd həmin subsidiyanın daha nəticəli istifadə edilməsi, ayrılmış investisiya vəsaitlərinin geri qayıtması və gəlir baxımından öz həcmini daha səmərəli əks etdirməsindən ibarət idi".
Ş.Babayev qeyd edib ki, növbəti məsələ isə qurumların hədəflərinin ölkənin nəqliyyat və telekommunikasiya sahəsindəki strateji əhəmiyyətli prioritetlərinə uyğunlaşdırılmasından ibarət idi: "Bu proses nəticəsində Holdinq daxilində artıq hər bir istiqamət üzrə vahid hədəflər müəyyən edilib və əsas amalımız bu qurumların ölkənin iqtisadi yüksəlişinə daha böyük töhfə verməsini təmin etməkdir. Bu, təbii bir prosesdir və qurumların əvvəllər müstəqil şəkildə öz fərdi hədəflərinə yönəlməsi anlaşılandır".
Onun sözlərinə görə, üçüncü vacib amil həmin qurumların maliyyə mənbələrinə çıxış imkanları ilə bağlıdır: "Maliyyə resursları həmin qurumlar tərəfindən fərdi qaydada müəyyən məhdudiyyətlər çərçivəsində cəlb edilirdi və elə böyük investisiya layihələri mövcud idi ki, onların reallaşdırılması ayrı-ayrılıqda çətinləşirdi".
Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Şahin Babayev: "Bakı metrosu üçün 10 prioritet istiqamət üzrə proqram hazırlanıb"
AZCON-un Müşahidə Şurasının ilk iclasında inkişaf istiqamətləri müzakirə olunub
"Azərbaycan Hava Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
"AZCON Holding" şirkətləri ölkənin aparıcı vergi ödəyiciləri arasında yer alıb
Bakı metrosunun Müşahidə Şurası yenidən formalaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
