Göyçayda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
Göyçayda zəncirvari avtoqəzada xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi və 1 qadın) müalicələri Cərrahiyyə şöbəsində, vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) müalicəsi Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində davam etdirilir. 2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, 1970-ci il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı daha 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Göyçayda zəncirvari yol-nəqliyyat qəzasında ölənlərin sayı 2-ə çatıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva hadisə yerində ölüb.
Yaralılardan H. Salahov isə xəstəxanada ölüb.
1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2016 təvəllüdlü Leyla Feyzullayeva xəsarət alıblar.
Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel", "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qusarda avtomobil qəzasında xəsarət alanların durumu açıqlanıb
Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlanıb, 17 nəfər evə buraxılıb
İmişlidə avtoqəzada xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir - YENİLƏNİB
Biləsuvarda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB
Bakı-Quba yolundakı ağır yol qəzasında xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
