İngiltərə Premyer Liqası: "Çelsi" "Tottenhem"i məğlub edib
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqası: "Çelsi" "Tottenhem"i məğlub edib


"Çelsi" İngiltərə Premyer Liqasının XXXVII turunun son oyununda "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, oyun Londondakı "Stemford Bric" stadionunda baş tutub.

"Çelsi"nin heyətində Entso Fernandes (18-ci dəqiqə) və Andrey Santos (67-ci dəqiqə) fərqləniblər. "Tottenhem"in yeganə qolunu isə Rişarlison (74-cü dəqiqə) vurub.

"Çelsi" bu qalibiyyətlə Premyer Liqada yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub və 52 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Komanda son turda səfərdə "Sanderlend"lə qarşılaşacaq.

"Tottenhem" yarış cədvəlində 38 xalla 17-ci yerdədir və "Vest Hem"dən iki xal irəlidədir. Son turda "Tottenhem" "Everton"u, "Vest Hem" isə "Lids"i qəbul edəcək. Matçların hamısı mayın 24-də baş tutacaq.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası: "Tottenhem" "Vulverhempton"u məğlub edib
"Çelsi" və "Tottenhem" Premyer Liqada məğlub olub
"Tottenhem" "Liverpul" ilə matçın son dəqiqələrində məğlubiyyətdən qurtulub
İngiltərə Premyer Liqası: “Çelsi” London derbisindən qalib ayrılıb
"Çelsi" 33 il sonra Premyer Liqada antirekordunu təkrarlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər