Azərbaycan ADB ilə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Asiya İnkişaf Bankının (ADB) ilə “yaşıl” infrastrukturun təşviqi, binaların enerji səmərəliliyi və ümumilikdə şəhərsalma sahəsinin inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Report"a verilən məlumata görə, bu barədə müzakirələr komitənin sədri Anar Quliyevlə ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşündə aparılıb.
A.Quliyev ADB-nin dəstəyi ilə həyata keçirilən Milli Şəhər Qiymətləndirməsinin və BIM texnologiyalarının tətbiqi üzrə aparılan işlərin önəminə toxunub.
Komitənin ADB ilə Azərbaycanda davamlı şəhər iqtisadiyyatı, “yaşıl” infrastrukturun təşviqi, binaların enerji səmərəliliyi və ümumilikdə şəhərsalma sahəsinin inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində marağını ifadə edib.
Tərəflər həmçinin cari və perspektiv layihələri, beynəlxalq təcrübə mübadiləsi imkanlarını, habelə innovasiyaların tətbiqi məsələlərini müzakirə ediblər.
Sonda A.Quliyev qonağı 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edib
Oxşar xəbərlər
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib
Anar Quliyev: "Yaşıl" tikinti üzrə yol xəritəsi hazırlanır
Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı artırmaq istəyir
Azərbaycanın IFC ilə “yaşıl tikinti" sahəsində əməkdaşlığı genişlənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
