Qrossi: "Barak" AES-ə zərbə radiasiyanın geniş yayılmasına səbəb ola bilər
sizinxeber.az xəbər saytı

Qrossi: "Barak" AES-ə zərbə radiasiyanın geniş yayılmasına səbəb ola bilər


Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Barak" Atom Elektrik Stansiyasına (AES) birbaşa zərbə radioaktiv maddələrin geniş miqyasda yayılmasına səbəb ola bilər və əhalinin yüzlərlə kilometr təxliyəsini tələb edir.

"Report" xbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının obyektin ətrafındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, stansiyanın birbaşa vurulması ətraf mühitə böyük radiasiya emissiyasına səbəb ola, elektrik xətlərinin zədələnməsi isə reaktor nüvəsinin əriməsi riskini artıra bilər. Qrossi qeyd edib ki, bu, ən pis halda əhalinin təxliyəsini, yod preparatlarının istifadəsini, həmçinin 700 km məsafədə qida məhsullarına məhdudiyyətlərin qoyulmasını tələb edə bilər.

O, dinc nüvə obyektlərinə hücumların yolverilməz olduğunu vurğulayıb. R.Qrossi AEBA-nın nüvə təhlükəsizliyi üzrə ekspertləri BƏƏ-yə göndərməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

AEBA: Fars körfəzi regionunda radiasiya səviyyəsi normal həddədir
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
Qrossi: "Zaporojye" AES-də elektrik enerjisinin kəsilməsi nüvə təhlükəsizliyi risklərini artırır
BAEA direktoru İranın nüvə obyektləri ilə bağlı yenidən xəbərdarlıq edib
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər