Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək


Mayın 19-da QHT Agentliyinin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək.

APA xəbər verir ki, bu sözləri QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva deyib.

O bildirib ki, foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir: "Bu qlobal tədbir yerli və xarici QHT-lər üçün WUF13 irsinin formalaşmasına töhfə verəcək".

Aygün Əliyeva əlavə edib ki, mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsi gözlənilir. Onun sözlərinə görə, hər iki beynəlxalq tədbirdə QHT Agentliyi tərəfdaş qismində çıxış edəcək.

Oxşar xəbərlər

Bakıda WUF13 QHT Forumu keçiriləcək
WUF13 QHT Koalisiyası yaradılır
2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir
WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər