UN-Habitat-ın rəsmi səhifəsində “WUF13-də Yaşayış Yerləri Həlləri üçün Çağırış” adlı məlumat dərc edilib
sizinxeber.az xəbər saytı

UN-Habitat-ın rəsmi səhifəsində “WUF13-də Yaşayış Yerləri Həlləri üçün Çağırış” adlı məlumat dərc edilib


İyunun 19-da UN-Habitat-ın rəsmi internet səhifəsində “WUF13-də Yaşayış Yerləri Həlləri üçün Çağırış” adlı məlumat dərc edilib.

Sizinxeber.az-nın xəbərinə görə, məlumatda qeyd olunur ki, UN-Habitat Azərbaycanın Bakı şəhərində keçiriləcək WUF13-də təqdim edilməsi üçün praktik, sübut edilmiş və effektiv yaşayış yerləri həllərini təqdim etməyə dəvət edir.

Çağırışın bütün maraqlı tərəflər üçün açıq olduğu vurğulanıb. İştirak etmək istəyənlər 2025-ci ilin avqustun 31-ə qədər öz təqdimatlarını irəli sürə bilərlər.

Seçiləcək təqdimatlar WUF13 Practices Hub-da və UN-Habitat-ın nəşrlərində və platformalarında (“World Cities Report 2026”, “Regional State of Cities Reports”, and “the Housing Knowledge Platform” daxil) nümayiş etdirilə bilər.

Qeyd edək ki, WUF13 zamanı adekvat yaşayış yerlərini irəlilədən effektiv yanaşmaları vurğulamaq üçün yeni platforma - World Urban Forum Practices Hub – istifadəyə veriləcək.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində miqyasına, keyfiyyətinə və sürətinə görə dünya miqyasında postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun olaraq kompleks yenidənqurma işlərini həyata keçirdiyini nəzərə alaraq, sözügedən təcrübələrin yuxarıda qeyd edilən əlavə platforma və nəşrlər vasitəsilə də təbliğ edilməsi faydalı ola bilər.


Oxşar xəbərlər

Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir
2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək
WUF13 QHT Koalisiyası yaradılır
Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər