Mer: Azərbaycan İrpen şəhərinin qəlbində xüsusi yer tutur
sizinxeber.az xəbər saytı

Mer: Azərbaycan İrpen şəhərinin qəlbində xüsusi yer tutur


İrpenin bərpası beynəlxalq tərəfdaşlarımızın mühüm dəstəyi sayəsində mümkün olub.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə İrpen Şəhər Şurasının katibi və mer səlahiyyətlərini icra edən Anjelina Makeeva deyib.

Onun sözlərinə görə, 20-dən çox təşkilat İrpen şəhərinin bərpasına qoşulub: “Avropa platformaları, UNICEF, Beynəlxalq Miqrasiya Təşkilatı, müxtəlif fondlar və humanitar təşkilatlar şəhərimizin bərpasına dəstək verib. Bütün tərəfdaşlarımız arasında Azərbaycan İrpenin qəlbində xüsusi yer tutur”.

Anjelina Makeeva şəhər icması adından Ukraynaya, o cümlədən İrpenə göstərdiyi dəstəyə görə Azərbaycana səmimi təşəkkür edib: “Zərifə Əliyevanın xatirəsi şəhərimizdə yaşayır. Zərifə Əliyevanın adı park və məktəbə verilib. Həmin məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə təhsil müəssisəsidir. Azərbaycan hökumətinin dəstəyi sayəsində İrpendə lisey və şəhər poliklinikası yenidən fəaliyyətə başlayıb. Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməyə və icmamızda daha dörd mühüm obyektin bərpasını birlikdə həyata keçirməyə hazırıq. Zamanın sınağından çıxmış dostluğa görə təşəkkür edirəm”.

Mer qeyd edib ki, bu gün Ukrayna dövləti və beynəlxalq tərəfdaşların birgə səyləri nəticəsində İrpen şəhərinin təxminən 80 faizi bərpa olunub.

“Bu gün burada İrpen, Ukrayna və azadlıqla sülh uğrunda birgə mübarizəmiz haqqında danışmağımız bizim üçün son dərəcə önəmlidir”, - o əlavə edib.

Oxşar xəbərlər

İrpen Şəhər Şurasının katibi: Azərbaycana zamanın sınağından çıxmış dostluğa görə təşəkkür edirəm
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
Laçın və Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər