III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm
sizinxeber.az xəbər saytı

III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm


Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Sizinxeber.az" xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir. İkitərəfli əlaqələrimizin möhkəmliyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm.

Dövrümüzün ortaq çağırışları, xüsusilə iqlim dəyişikliyi və ətraf mühitimizin qorunması ilə bağlı məsələlərlə üzləşdiyimiz bir vaxtda ölkələrimizin təsirli və uzunmüddətli həllər naminə birgə fəaliyyətini davam etdirəcəyinə ümidvaram.

Həyat yoldaşım və mən qarşıdakı dövrdə sülh, firavanlıq, rifah diləyi ilə Sizə və bütün azərbaycanlılara ən səmimi salamlarımızı göndəririk".

Oxşar xəbərlər

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı İlham Əliyevə təbrik məktubu göndərib
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Britaniya kralı İlham Əliyevi təbrik edib
CAR Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb
Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər