Ukraynada əlçatan mənzil strategiyaları hazırlanır
sizinxeber.az xəbər saytı

Ukraynada əlçatan mənzil strategiyaları hazırlanır


Ukraynada əlçatan mənzil strategiyaları hazırlanır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Ukraynada şəhər dayanıqlılığının, infrastruktur və mənzil sahələrinin gücləndirilməsi üzrə milli müşaviri Mariya Kostenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Ukraynada bələdiyyə mənzil strategiyalarının hazırlanması istiqamətində iş aparılır: "Layihələr Jitomir, Kremençuk, Poltava, Nikolayev, Belaya Tserkov (Kiyev ətrafı) və Kaluş daxil olmaqla səkkiz pilot şəhəri əhatə edir. Biz əlçatan mənzil imkanları yaradan bələdiyyə strategiyaları və əməliyyat modelləri hazırlayırıq".

O əlavə edib ki, Ukraynada şəhər kadastrının rəqəmsallaşdırılması istiqamətində layihələr həyata keçirilir: "Xüsusilə Xarkov şəhəri ilə bu sahədə əməkdaşlıq aparılır. Milli və yerli səviyyədə sistemli məlumat toplama mexanizmlərinin yaradılmasına ehtiyac var. Rəqəmsal alətlər, şəhər kadastrı və risk qiymətləndirmə sistemləri dayanıqlı şəhər inkişafı üçün vacibdir".

Oxşar xəbərlər

Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi
UNECE rəsmisi: "Xarkovda müharibədən zərər görmüş ərazilərin bərpası praktiki mərhələyə keçir"
Pavlo Frolov: Ukraynada mənzil layihələri üçün mütəxəssis çatışmır
Cüneyd Rafiq: Şəhər əməkdaşlığı mənzil problemlərinin həllində mühüm rol oynayır
Almaniyalı mütəxəssis: "Dayanıqlı şəhərlərin qurulması üçün sektorlararası inteqrasiya zəruridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər