Fərid Şəfiyev: Ermənilər tərəfindən törədilən urbisid həm də ekosidlə müşayiət olunub
Laçın və Kəlbəcər Ermənistan üçün xüsusi əhəmiyyət daşıyırdı, çünki bu iki rayon Qarabağla Ermənistan arasında yerləşir.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə BMTM sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, buna görə də Ermənistan bu ərazilərdən həm hərbi, həm də digər logistik məqsədlər üçün istifadə edib.
Fərid Şəfiyevin sözlərinə görə, nəticədə, Ermənistan bu iki rayonu ayrıca seçərək onları işğal altında saxlamaq planı ilə hərəkət edərək, vasitəçilərin - Fransa, Rusiya və ABŞ-ın dəstəyi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda işğal olunmuş rayonların qaytarılması ilə bağlı danışıqlarda “5+2” formulunu təklif etmişdi: “Əslində isə Ermənistan Laçın və Kəlbəcəri daimi nəzarət altında saxlamaq və keçmiş Dağlıq Qarabağla birlikdə Ermənistana birləşdirmək niyyətində idi. Onlar bu ərazilərə fərqli yanaşdılar, Ermənistan və Yaxın Şərqdən gətirilən insanları sözügedən bölgələrə köçürdülər”.
O qeyd edib ki, işğal vaxtı Laçın və Kəlbəcər şəhər mərkəzlərində yalnız məhdud tikinti işləri aparılıb: “Rrmənilər tərəfindən törədilən urbisid həm də ekosidlə müşayiət olunub. İkinci Qarabağ müharibəsindən əvvəl bu bölgədə baş vermiş urbisid şəhər məkanlarının məhv edilməsi üzrə yeni bir nümunə kimi qiymətləndirilə bilər və onun daha dərindən tədqiqi urbisid anlayışı üçün yeni meyarların irəli sürülməsi imkanını da ortaya çıxara bilər. Nəticə etibarilə, Qarabağda baş verən urbisid göstərir ki, mülki və etno-millətçi münaqişələrdə urbisid həm məkan, həm də siyasi bir layihə kimi çıxış edir”.
Oxşar xəbərlər
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
Fərid Şəfiyev: Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur
Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
Kəlbəcərdə 5 kəndin layihələndirməsi tamamlanıb, 3-ü üzrə isə işlər davam etdirilir
BMTM: Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
