Fərid Şəfiyev: Mülki və etno-millətçi münaqişələrdə urbisid həm də siyasi bir layihə kimi çıxış edir
sizinxeber.az xəbər saytı

Fərid Şəfiyev: Mülki və etno-millətçi münaqişələrdə urbisid həm də siyasi bir layihə kimi çıxış edir


Qarabağda baş verən urbisid göstərir ki, mülki və etno-millətçi münaqişələrdə urbisid həm məkan, həm də siyasi bir layihə kimi çıxış edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib.

O bildirib ki, şəhərlərin qəsdən məhv edilməsi çoxmədəniyyətli şəhər kimliklərini silmək, demoqrafik reallıqları dəyişmək və simvolik məna daşıyan infrastruktur və strukturları dağıtmaq vasitəsinə çevrilir:

"Zorakılıq məkan üzərində dəqiq şəkildə tətbiq olunur. Evlər, mədəniyyət institutları, inzibati mərkəzlər və simvolik əhəmiyyət daşıyan obyektlər hədəfə alınır ki, kollektiv həyat məhv edilsin və yeni inzibati-siyasi nəzarət formaları qurulsun.

Beləliklə, urbisid təsadüfi "əlavə zərər" kimi (yəni hərbi əməliyyatlar nəticəsində yaranan dağıntıların bir hissəsi kimi) deyil, bir idarəetmə strategiyası kimi ortaya çıxır: şəhər mühitinin aradan qaldırılması vasitəsilə tərəflər yeni hakimiyyətin tətbiqi və ya ərazi iddialarının irəli sürülməsi üçün zəruri olan məkan boşluğu yaradırlar".

F.Şəfiyev qeyd edib ki, bərpa-quruculuq işlərinə gəldikdə isə azad edilmiş ərazilərdə şəhər və kəndlərin demək olar ki, sıfırdan yenidən qurulması zəruridir. Mövcud şəhər mərkəzlərində, xüsusilə Bakıda, uzun müddət məcburi köçkünlərin məskunlaşması mənzil bazarına, xidmətlərə və ümumi əlçatanlığa əlavə təzyiq yaradıb.

Oxşar xəbərlər

Fərid Şəfiyev: Şuşanın işğal dövründə dağıdılan obyektləri münaqişələrin şəhərlərə təsirinin acı nümunəsidir
Bəşir Hacıyev: Kəlbəcərin beş kəndinin layihələndirməsi başa çatıb
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
BMTM rəhbəri televiziyalardakı siyasi səpkili məsələlərə emosional yanaşmağı doğru saymır
Məsim Məmmədov: Vaxtilə işğal altında olan ərazilərdəki tarixi və mədəni irs vandalizmə məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər