ISOCARP nümayəndəsi: Dünyada ixtisaslı şəhərsalma mütəxəssislərinin ciddi çatışmazlığı var
sizinxeber.az xəbər saytı

ISOCARP nümayəndəsi: Dünyada ixtisaslı şəhərsalma mütəxəssislərinin ciddi çatışmazlığı var


Dünyada ixtisaslı şəhərsalma mütəxəssislərinin ciddi çatışmazlığı var.

APA xəbər verir ki, bunu Beynəlxalq Şəhər və Regional Planlaşdırıcılar Cəmiyyətindən (ISOCARP) olan nümayəndə Frenk Dhondt WUF13 çərçivəsində keçirilən tədbirlərdən birində deyib.

D’hondtun sözlərinə görə, Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsi üçün kifayət qədər peşəkar planlaşdırıcı yoxdur.
ISOCARP nümayəndəsi əlavə edib ki, bu sahədə dəqiq statistikanın və genişmiqyaslı araşdırmaların olmaması problemin real miqyasını müəyyənləşdirməyi çətinləşdirir.

Frank D’hondt bildirib ki, təşkilat potensial inkişafı məsələsinə yeni yanaşma tətbiq etməyə çalışır. Onun sözlərinə görə, yalnız fərdi təlimlər yox, daha sistemli və metodoloji əsaslı potensial inkişafı mexanizmləri hazırlanmalıdır.

O, şəhərsalma proseslərində olduğu kimi, insan resurslarının inkişafının da mərhələli və planlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Slovakiya nümayəndəsi Yeni Şəhərsalma Gündəliyinin uğurlu icrası üçün əsas şərti açıqlayıb
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər