Sakit Okean Adaları Forumunun 53-cü iclası işinə başlayıb
sizinxeber.az xəbər saytı

Sakit Okean Adaları Forumunun 53-cü iclası işinə başlayıb


Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Okeaniyadakı 18 dövlət və ərazinin liderləri bu gün Sakit Okean Adaları Forumunun 53-cü iclası üçün Tonqa Krallığında toplaşıb.

"Sizinxeber.az" CGTN-ə istinadən xəbər verir ki, bu il iclasa Tonqanın Baş naziri Savaleni Siaosi sədrlik edir.

Tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edir. O, açılış nitqində dəniz ərazilərinin mühafizəsi və qorunması, eləcə də qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində göstərdikləri səylərə görə iştirakçılara təşəkkürünü bildirib.

Sakit Okean Adaları Forumu iştirakçıları 2050-ci ilə qədər “Mavi Sakit Okean qitəsi”nin bütün xalqlarının ümumi rifahına nail olmaq üçün qəbul edilmiş strategiyaya riayət edirlər.

Qeyd edək ki, bu forum Okeaniya ölkələri və əraziləri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yaradılıb. Təşkilatın üzvləri Avstraliya, Kuk adaları, Fici, Vanuatu, Mikroneziya Federativ Ştatları, Fransız Polineziyası, Nauru, Yeni Kaledoniya, Yeni Zelandiya, Niue, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa Krallığı, Tuvalu, Kiribati, Marşal adaları, assosiativ üzv – Tokelaudur.

Oxşar xəbərlər

Hindistanla Yaponiya təhlükəsizlik və kosmik sahədə əlaqələri gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər