Qazaxıstanlı nazir müavini: Vətəndaşlar üçün rahat şəhər mühitinin yaradılması xüsusi əhəmiyyət kəsb edir
Qardaşlıq, dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı açıq dialoq, birgə təşəbbüslər və çoxtərəfli əməkdaşlıq platforması kimi çıxış edir.
"Report"un məlumatına görə, bunu Qazaxıstanın Sənaye və Tikinti nazirinin müavini Rakhymzhan İsakulov WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.
O qeyd edib ki, builki forumun mövzusu olan "Təhlükəsiz və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılması" Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr üçün xüsusilə aktualdır:
"Bu gün ölkələrimiz urbanizasiya, şəhər əhalisinin sürətli artımı, infrastrukturun müasirləşdirilməsi ehtiyacı, mənzil təminatının əlçatanlığı, habelə şəhərlərin iqlim və ekoloji risklərə qarşı dayanıqlılığının artırılması ilə bağlı ümumi çağırışlarla üz-üzədir. Bu baxımdan, dayanıqlı şəhərsalma planlaşdırılmasına birgə yanaşmaların hazırlanması, müasir texnologiyaların tətbiqi, tarixi və mədəni irsin qorunub saxlanılması, eləcə də vətəndaşlar üçün rahat şəhər mühitinin yaradılması xüsusi əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
TDT-yə üzv dövlətlər şəhərsalma sahəsində anlaşma memorandumu imzalayıb
Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq
Dövlətxan Dövlətxanov: "WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır"
Banu Nurqaziyeva: WUF13 dünyadakı problemlərin həlli platforması kimi Azərbaycanın mövqeyini gücləndirir
Astanada TDT ölkələri ekoloji siyasət məsələlərini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
