Bakı-Ələt-Qazax-Gürcüstan yolunda çökmə baş verib, hərəkət məhdudlaşdırılıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2026
18:50
0
0
1 322
ff aaaaaaa

Bakı-Ələt-Qazax-Gürcüstan yolunda çökmə baş verib, hərəkət məhdudlaşdırılıb - FOTO

15 may, 2026
18:50
1 322

Bakı-Ələt-Qazax-Gürcüstan yolunda çökmə baş verib, hərəkət məhdudlaşdırılıb - FOTO

Bakı-Ələt-Qazax-Gürcüstan dövləti sərhədi avtomobil yolunun Bakı istiqamətində 55-ci kilometrliyində yerləşən kanal körpüsündə çökmə qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Sizinxeber.az-Economics"ə veriln məlumata görə, körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb.

Bildirilib ki, hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Qeyd edilib ki, əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir, qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul