COP29-da şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib
sizinxeber.az xəbər saytı

COP29-da şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib


COP29 çərçivəsində şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib.

Sizinxeber.az xəbər verir ki, dəyirmi masa COP29 Sədrliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi UN-Habitat və Çoxtərəfli İnkişaf Bankarı ilə əməkdaşlıq çərçivəsində baş tutub.

“Hazırda dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır. 2030-cu ilə qədər bu rəqəmin 60%-i keçəcəyi gözlənilir. BMT-nin hesablamalarına görə, şəhər əraziləri qlobal istixana qazı emissiyalarının 70%-nə cavabdehdir. Davamlı infrastruktura, yaşıl binalara və dayanıqlı şəhər sistemlərinə sərmayə qoymaqla şəhərlər aşağı karbonlu, iqlimə davamlı gələcəyə keçidi təmin edə bilər. Lakin bunun üçün bizə maliyyə lazımdır”, - deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışı zamanı deyib.

İqlim üzrə Dünya Şəhərləri Hesabatını təqdim edən BMT-Habitat-ın icraçı direktoru Anaclaudia Rossbach deyib ki, 2030-cu ilə qədər yeni və ya təkmilləşdirilmiş iqlimə davamlı infrastruktura sərmayə qoymaq üçün hər il 4,5-5 trilyon arasında maliyyə ayrılmalıdır:

“Hazırda isə şəhərlər bunun yalnız bir hissəsini, 7-8%-ni təmin edə bilir”.

Oxşar xəbərlər

COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Azərbaycan şəhərləri dayanıqlı ekosistemlərə çevirmək məqsədini nümayiş etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Quliyev: "Yaşıl" tikinti üzrə yol xəritəsi hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər