BMqT: 2050-ci ilə qədər 260 milyondan çox insan daxili miqrasiyaya məruz qala bilər
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, 280 milyondan çox insan doğulduğu ölkədən kənarda yaşayır və bu otaqda olan bir çoxumuz bu statistikanın bir hissəsiyik.
APA xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini xanım Uqoçi Daniels “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” panelində çıxışı zamanı deyib.
“2022-ci ilin sonuna qədər 71 milyondan çox insan öz ölkələri daxilində köçkün olub. Onlardan 20 milyondan çoxu fəlakətlərə görə öz yaşayış yerlərini tərk edib. İqlim dəyişikliyi isə bu statistikanı daha da pisləşdirəcək. Proqnozlara görə, 2050-ci ilə qədər 260 milyondan çox insan öz ölkələri daxilində köçmək məcburiyyətində qala bilər. Biz də bilirik ki, effektiv iqlim fəaliyyəti bu rəqəmi 80% azalda bilər. Bəs miqrasiyanı necə məhsuldar bir həllə çevirə bilərik? Cavab, siyasətlərin, sistemlərin və icmaların inteqrasiyasındadır ”- Uqoçi Daniels qeyd edib.
BMqT-nin direktor müavini əlavə edib ki, dayanıqlılığa mənbəyində investisiya edilməlidir: “Fəlakətlərin azaldılmasına sərf edilən hər bir dollar 15-16 dollara qənaət etməyə imkan verir. İkincisi, təhlükəsiz və nizamlı yollar yaratmalıyıq. Qanuni miqrasiya istismarın qarşısını alır və həyatları qoruyur”.
Oxşar xəbərlər
DMX rəisi: İqlim dəyişikliyi kontekstində insan mobilliyi məsələsini müzakirələrin mərkəzində saxlayırıq
Ceyhun Bayramov: 500 milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdə yaşayır
Enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 100 milyondan çox iş yeri yarada bilər
Xidmət rəisi: COP29-dan sonra da miqrasiya və iqlim dəyişmələrini tənzimləyən qlobal səyləri dəstəkləyəcəyik
Miqrasiya Xidməti COP29-la bağlı görülən işləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













