Zimbabveli nazir: Azərbaycan WUF-un aparıcı qlobal platformaya çevrilməsinə töhfə verib
sizinxeber.az xəbər saytı

Zimbabveli nazir: Azərbaycan WUF-un aparıcı qlobal platformaya çevrilməsinə töhfə verib


Zimbabve Azərbaycana Ümumdünya Şəhərsalma Forumunun (WUF) aparıcı qlobal platformaya çevrilməsinə verdiyi töhfəyə görə ehtiramını bildirib.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Zimbabvenin yerli özünüidarəetmə və ictimai işlər naziri Daniel Garwe deyib.

“Ümumdünya Şəhərsalma Forumunun şəhərlərin necə planlaşdırılması, tikilməsi və idarə olunmasına həsr olunan aparıcı qlobal platformaya çevrilməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasına ehtiramımızı bildiririk”, – Daniel Garwe qeyd edib.

O, həmçinin Bakıda nümayəndə heyətinə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Nazirin sözlərinə görə, WUF13-də dövlət və hökumət başçılarının iştirakı davamlı şəhər inkişafı ilə bağlı qlobal müzakirələrin prioritet səviyyəyə yüksəldiyini göstərir.

Daniel Garwe bildirib ki, forum qlobal mənzil böhranı, qeyri-rəsmi yaşayış məntəqələri və evsizlik problemlərinin həlli üçün siyasi iradənin gücləndirilməsi və praktiki strategiyaların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər